...

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya və Çexiya prezidentlərinə, Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisi Rəyasət Heyətinin sədrinə başsağlığı verib

Siyasət Materials 19 Dekabr 2011 17:16 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya və Çexiyanın prezidentləri Dmitri Medvedevə və Vatslav Klausa başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya və Çexiya prezidentlərinə, Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisi Rəyasət Heyətinin sədrinə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya və Çexiya prezidentləri, Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri, Dmitri Medvedevə və Vatslav Klausa, Kim Yen Nama başsağlığı verib.

"Hörmətli Dmitri Anatolyeviç, "Kolskaya" qazma qurğusunun qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirib.
Sizə, həlak olanların doğmalarına və yaxınlarına başsağlığımı qəbul edin, zərərçəkənlərin hamısının halına ürəkdən acıdığımı bildirirəm" Azərbaycan Prezidenti Medvedevə başsağlığı məktubunda bildirib.

"Hörmətli cənab Prezident, Çexiya Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Vatslav Havelin vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün Çexiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm" Azərbaycan Prezidenti Klausa başsağlığı məktubunda bildirib.

"Hörmətli cənab Sədr, Koreya Xalq Demokratik Respublikasının Ali rəhbəri, Dövlət Müdafiə Komitəsinin Sədri, görkəmli dövlət xadimi Kim Çen İrin vəfatı xəbəri məni son dərəcə kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm" Kim Yen Nama başsağlığı məktubunda qeyd olunub.

Xəbər lenti

Xəbər lenti