Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir E.Mehdiyev/
Avropa Şurası Venesiya Komissiyası dekabrın 16-17-də keçirilən plenar sessiyasında Azərbaycanın "Siyasi partiyalar haqqında" qanununa dəyişikliklər layihəsi ilə bağlı rəyini açıqlayıb.
Rəydə qeyd olunur ki, "Siyasi partiyalar haqqında" qanun bir çox məsələləri əhatə etsə də, bir sıra hallarda prosedurların ətraflı təsvirini özündə əks etdirmir. Misal üçün, siyasi partiyaların maliyyə vəsaitlərinin hansı istiqamətdə xərclənməsinə nəzarət mexanizmi yoxdur.
Həmçinin, rəydə bildirilir ki, qanuna edilən dəyişikliklər zamanı Venesiya Komissiyasının 2004-cü ildə verdiyi tövsiyələrin heç də hamısı, o cümlədən "korrupsiya mahiyyətli ianələrin qarşısının alınması məqsədilə effektiv tədbirlərin görülməsi, xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin siyasi həyatdan təcridinin yolverilməziliyi" tövsiyəsi nəzərə alınmayıb.