...

Fransa söz və fikir azadlığına hörmət etməlidir - Türkiyə XİN

Siyasət Materials 21 Dekabr 2011 15:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 dekabr / Trend müxbir A.Tağıyeva/

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Fransanı qondarma "erməni soyqırımı" ilə bağlı yanlış addım atmamağa, söz və fikir azadlığına hörmət etməyə çağırıb. Trend-in məlumatına görə, xəbəri Türkiyənin Anadolu agentliyi yayıb.

"Fransa qəbul etdiyi qanunlarla öz xalqını söz və fikir azadlığından məhrum edir. Bu isə çox təhlükəlidir", - Davudoğlu bildirib.

XİN rəhbərinin sözlərinə görə, Fransa parlamenti dekabrın 24-də qondarma "erməni soyqırımı" ilə bağlı qanunu qəbul etsə, Türkiyəyə qarşı birtərəfli addım atmış olacaq.

Dekabrın əvvəllərində Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər. Layihənin məqsədi qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət cəzasının tətbiq edilməsidir.

Yeni qanun layihəsi UMP-nin 40 deputatı və Yeni Mərkəz Partiyası tərəfindən imzalanıb və qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilə qədər azadlıqdan məhrum etmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Türkiyə hökuməti Senatın qondarma "erməni soyqırımı" ilə bağlı qanunu qəbul edəcəyi təqdirdə öz səfirini Fransandan geri çağıracağını bəyan edib.

Xəbər lenti

Xəbər lenti