...

Fransa qanunvericiləri "erməni soyqırımı"nın tarixini yazmamalıdırlar – senator

Siyasət Materials 23 Dekabr 2011 16:16 (UTC +04:00)
Fransa qanunvericiləri "erməni soyqırımı" (dırnaqlar yazının redaksiya versiyasıdır) məsələsini tarixçilərə saxlamalıdırlar. Bu barədə Fransa Senatının üzvü Natali Qule bildirib.
Fransa qanunvericiləri "erməni soyqırımı"nın tarixini yazmamalıdırlar – senator

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbirlər E.Tarıverdiyeva, A.Bədəlova/

Fransa qanunvericiləri "erməni soyqırımı" (dırnaqlar yazının redaksiya versiyasıdır) məsələsini tarixçilərə saxlamalıdırlar. Bu barədə Fransa Senatının üzvü Natali Qule bildirib.

"Erməni lobbisi ötən ilin mayında belə qanun layihəsini Senatdan keçirmək istəyirdi, lakin onlar buna nail ola bilmədilər. Mən qəti əminəm ki, bu məsələ keçmişin əks-sədasıdır və xalqlar arasında sülh və dostluğun möhkəmlənməsində ardıcıl təsirə malik deyil", - Qule cümə günü telefonla Trend-ə bildirib.

Cümə axşamı Fransa parlamenti qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Fransa parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə, 7-si isə əleyhinə səs verib.

Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Qule bildirib ki, Fransa Prezidenti Nikola Sarkozi tərəfindən yürüdülən Ermənistana üzvermə siyasəti və builki prezident seçkilərində fransalı ermənilərin səsini qazanmaq zərurəti ola bilsin ki, bu məsələni yenidən aktuallaşdırsın.

"Bu məsələdə mənim mövqeyim həmişə aydın olub. Ötən il erməni lobbisi bu məsələni Senatın müzakirəsinə çıxarmağa cəhd göstərəndə mən Senatın başqa üzvlərini bu məsələni qanunvericilik prosesindən yığışdırmağa çağırdım", - Qule deyib.

O xatırladıb ki, qanun layihəsinin Milli Assambleyadan keçməsi hələ onu qanun etmir. Qanun olmaqdan əvvəl layihə parlamentin hər iki palatasında təsdiqlənməlidir.

"Siz, həmçinin bilməlisiniz ki, Milli Assambleyanın tanınmış üzvü, prezidentliyə namizəd, mərkəzçi partiyanın lideri, Türkiyənin və Azərbaycanın yaxşı dostu Fransua Bayru kimi cəsarətli liderlər qanun layihəsinin əleyhinə səs veriblər. O dərk edir ki, tarixi qanunvericilər yazmamalıdırlar", - o deyib.

Qulenin fikrincə, Türkiyə hökuməti azərbaycanlıların köməyi ilə öz lobbisini aktivləşdirməli, Fransa hökumətinin düşməncəsinə jestinə cavab olaraq "Airbus" kimi kampaniyaları boykot etməli və başqa ölkələrdən sənaye avadanlıqları almalıdır", - o deyib.

Fransa parlamentinin bu qərarına cavab olaraq Türkiyə Fransa ilə bütün diplomatik münasibətləri dondurduğunu elan edib.

Dekabrın əvvəllərində Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər. Layihənin məqsədi qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət cəzasının tətbiq edilməsidir.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Xəbər lenti

Xəbər lenti