...

Prezident İlham Əliyev ad gününü Qarabağda – cəbhə bölgəsində keçirəcək

Siyasət Materials 24 Dekabr 2011 12:37 (UTC +04:00)
Prezident İlham Əliyev ad gününü Qarabağda – cəbhə bölgəsində keçirəcək
Prezident İlham Əliyev ad gününü Qarabağda – cəbhə bölgəsində keçirəcək

Azərbaycan, Bakı, 24 dekabr /Trend/

Prezident İlham Əliyev ad gününü Qarabağda - cəbhə bölgəsində keçirəcək.

Trend-in məlumatına görə, Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov kütləvi informasiya vasitələrinə açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev ad gününü Qarabağda - cəbhə bölgəsində keçirəcək.

Əli Həsənovun sözlərinə görə, bəzi kütləvi informasiya vasitələrində Prezidentin öz yubileyini təmtəraqlı şəkildə qeyd edəcəyi ilə bağlı məlumatların heç bir əsası yoxdur.

"Prezident İlham Əliyev bu gün Qarabağ bölgəsində keçirilən tədbirlərdə iştirak edir və orada da yalnız öz ailə üzvləri ilə ad gününü - yubileyini qeyd edəcəkdir" Həsənov əlavə edib.

Xəbər lenti

Xəbər lenti