Azərbaycan, Bakı, 5 yanvar /Trend, müxbir M.Əliyev/
Belçika-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Filip Blanşarın başçılıq etdiyi nümayəndə heyəti Bakıya səfərə gəlib. Bu barədə Trend-ə cümə axşamı Milli Məclisdən bildiriblər.
Nümayəndə heyətinin yanvarın 6-da Milli Məclisdə bir sıra görüşlər keçirməsi nəzərdə tutulur.
Filip Blanşarın Azərbaycana ötən səfəri noyabrın əvvəllərində baş tutub. Noyabrın 5-də belçikalı deputat Şamaxı rayonunda Qarabağ əlilinin yeni ailə həyatı qurmuş oğlu üçün tikilmiş evin açılışında iştirak etmişdi.