...

Müsavat partiyasının başqanlığına namizədlər həftəsonu məlum olacaq

Siyasət Materials 8 Yanvar 2012 11:34 (UTC +04:00)
Müsavat partiyasının başqanlığına namizədlər qarşıdakı həftə ərzində müəyyənləşdiriləcək.
Müsavat partiyasının başqanlığına namizədlər həftəsonu məlum olacaq

Azərbaycan, Bakı, 8 yanvar / Trend müxbir M.Əliyev/

Müsavat partiyasının başqanlığına namizədlər qarşıdakı həftə ərzində müəyyənləşdiriləcək. Bu barədə Trend-ə bazar günü partiya başqanının müavini Gülağa Aslanlı bildirib.

Onun sözlərinə görə, partiyanın VIII qurultayının keçiriləcəyi tarix dünən müəyyənləşdirildiyindən namizədlərin seçilməsi üçün bir az vaxt lazımdır.

Müsavat partiyasının Məclisinin yanvarın 7-də keçirilən iclasında VIII qurultayın bu ilin 3-4 mart tarixlərində keçirilməsini qərara alınıb.
Aslanlı bildirib ki, partiyanın rayon təşkilatları qurultaya hazırlıqla bağlı işləri yekunlaşdırıblar.

Partiya başqanının müavini qeyd edib ki, sabahdan başlayaraq VIII qurultayın keçiriləcəyi yerlə bağlı müvafiq strukturlara müraciət olunacaq.

Müsavat başqanı İsa Qəmbər başqanlığa namizədliyini irəli sürməyəcəyini ötən il bəyan etmişdi.

Xəbər lenti

Xəbər lenti