Azərbaycan, Bakı, 9 yanvar /Trend/
Bosniya və Herseqovinanın Ədliyyə Nazirliyi mənzil-qərargahı Sarayevoda olan Azərbaycan-Bosniya və Herseqovina Assosiasiyasını qeydiyyata alıb.
Çenit Özgünerin rəhbərlik etdiyi Assosiasiya iki ölkə arasında iqtisadiyyat, ticarət, mədəniyyət, təhsil sahələrində münasibətlərin inkişafına dəstək məqsədilə yaradılıb. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycanın Sarayevodakı səfirliyindən məlumat verilib.
Assosiasiya, həmçinin tematik seminar, "dəyirmi masa"lar və iki ölkə arasında münasibətlərin inkişafı məqsədilə konfransların keçirilməsini planlaşdırır.