Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir S.Ağayeva/
Koreya Respublikası Xalq Assambleyasının sədri Pak Hi-Taenin Azərbaycana səfəri yanvarın 12-14-nə nəzərdə tutulub. Bu barədə Trend-ə bu ölkənin Bakıdakı səfirliyindən məlumat verilib.
Koreyanın qanunvericilik orqanının rəhbəri səfər zamanı Milli Məclisin və Azərbaycan Respublikasının rəhbərliyi ilə görüşməyi planlaşdırır.
Habelə səfər proqramına Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət, paytaxtın görməli yerləri ilə tanışlıq və həmvətənlərlə görüş daxildir.