...

Pakistan Prezidentinin Bakıda biznes forumunda iştirakı gözlənilir

Siyasət Materials 13 Yanvar 2012 14:04 (UTC +04:00)
Pakistan Prezidenti Əli Zərdari yaxın zamanda Bakıda keçiriləcək Azərbaycan-Pakistan biznes forumunun açılışında iştirak edə bilər.
Pakistan Prezidentinin Bakıda biznes forumunda iştirakı gözlənilir

Azərbaycan, Bakı, 13 yanvar /Trend müxbir A.Qasımova/

Pakistan Prezidenti Əli Zərdari yaxın zamanda Bakıda keçiriləcək Azərbaycan-Pakistan biznes forumunun açılışında iştirak edə bilər. Trend-in Pakistan KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Kəraçinin Ticarət və Sənaye Palatasının sədri ilə görüşərkən deyib.

Pakistan-Azərbaycan biznes forumu ikitərəfli ticarət və investisiyanın inkişafına yönəlib.

Görüş zamanı səfir, həmçinin palatanın nümayəndə heyətini Azərbaycana dəvət edib və ölkənin neft-qaz sahəsində investisiya imkanları haqqında məlumatlandırıb.

Pakistan 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub.

Xəbər lenti

Xəbər lenti