...

Türkiyə parlamentində "Metsamor" AES-in fəaliyyətinin araşdırılması üzrə komissiya yaradılacaq

Siyasət Materials 19 Yanvar 2012 18:27 (UTC +04:00)
Türkiyə parlamentində "Metsamor" AES-in fəaliyyətinin araşdırılması üzrə xüsusi komissiya yaradılacaq.
Türkiyə parlamentində "Metsamor" AES-in fəaliyyətinin araşdırılması üzrə komissiya yaradılacaq

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir A.Tağıyeva/

Türkiyə parlamentində "Metsamor" AES-in fəaliyyətinin araşdırılması üzrə xüsusi komissiya yaradılacaq. Bu barədə cümə axşamı Trend-ə Türkiyə Böyük Millət Məclisinin deputatı Sinan Oğan deyib.

Onun sözlərinə görə, "Metsamor" AES bütün region üçün təhlükə törədir.

"Türkiyə Energetika Nazirliyi və hökuməti bu AES-in bağlanması üçün ciddi addımlar atır", - Oğan bildirib.

"Metsamor" AES 1970-ci ildə tikilib. 1988-ci ildə 25 min insanın həyatına son qoyan dağıdıcı Spitak zəlzələsindən sonra "Metsamor"un işi dayandırılıb, lakin 1995-ci ildə bütün beynəlxalq etirazlara baxmayaraq AES-in fəaliyyəti bərpa edilib, hətta əlavə olaraq ikinci reaktor da istehsalata buraxılıb. Son 10 ildə bu zonada xeyli miqdarda kiçik zəlzələlərin baş verdiyi, seysmoloqların araşdırmalarına görə bu proseslərin intensivləşməkdə olduğu nəzərə alınarsa, "Metsamor"da böyük qəza törənəcəyi halda yalnız Ermənistan deyil, bütün Cənubi Qafqaz, Yaxın və Orta Şərq ölkələri də ciddi ziyan görəcəklər.

Xəbər lenti

Xəbər lenti