...

Mövlud Çavuşoğlu: Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyəti uğursuz deyil

Siyasət Materials 23 Yanvar 2012 15:13 (UTC +04:00)
Ermənilərin Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinin uğursuzluğa düçar olması ilə bağlı bəyanatları həqiqəti əks etdirmir.
Mövlud Çavuşoğlu: Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyəti uğursuz deyil

Fransa, Strasburq, 23 yanvar /Trend, müxbir A.Məhərrəmli/

Ermənilərin Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinin uğursuzluğa düçar olması ilə bağlı bəyanatları həqiqəti əks etdirmir.

Trend-in məlumatına görə, bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) bu gün öz işinə qış plenar sessiyası çərçivəsində jurnalistlər üçün keçirdiyi mətbuat konfransında qurumun səlahiyyət müddəti başa çatan prezidenti Mövlud Çavuşoğlu Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinə dair suala cavabında deyib.

"Təəssüf ki, Ermənistan tərəfi Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyəti ilə bağlı bütün həqiqətləri demirlər. Mənim AŞ PA sədri kimi rolum Büronun yekdilliklə qəbul etdiyi qərarı və onun gündəliyini dəstəkləməkdir. Alt Komitənin fəaliyyətinin yenidən bərpa edilməsinə dair qərar türk siyasətçinin qəbul etdiyi qərar deyil. Bu, AŞ PA Bürosunun təşəbbüsüdür. Büro onun prezidenti və üzvlərini təyin edib. Təəssüf ki, mandatımın sonunda Ermənistanın rəsmiləri, o cümlədən prezidentinin mənə qarşı münasibəti ədalətli və düzgün deyil. Sözügedən komitənin bundan sonrakı fəaliyəti ilə bağlı Büro qərar verəcək", - Çavuşoğlu deyib.

Xəbər lenti

Xəbər lenti