...

Tarixlə tarixçilər məşğul olmalıdır - Avropa Şurasının Baş katibi

Siyasət Materials 23 Yanvar 2012 20:02 (UTC +04:00)

Fransa, Strasburq, 23 yanvar /Trend, müxbir A.Məhərrəmli/

Tarixi məsələlərlə tarixçilər məşğul olmalıdır. Trend-in məlumatına görə, bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış plenar sessiyasının ilk iş günündə çıxışı zamanı AŞ-nin Baş katibi Torbyorn Yaqland erməni deputat Naira Zöhrabyanın qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi ilə bağlı sualına cavabında deyib.

"Bu məsələ ilə bağlı təşkilatın Baş katibi kimi mövqe bildirə bilmərəm. Həmişə qeyd etmişəm ki, tarixi hadisələrlə bağlı siyasi qərarlar vermək lazım deyil. Tarixlə tarixçilər məşğul olmalıdır. Turkiyə hökuməti soyqırım iddialarını araşdırmaq üçün tarixçilərdən ibarət komissiyanın yaradılmasını təklif etmişdi. O, bu komissiyanın tövsiyələrini tanıyacağını da bəyan etmişdi. Mənim bu məsələ ilə bağlı mövqeyim yoxdur", - Yaqland deyib.

Xəbər lenti

Xəbər lenti