...

Azərbaycan Prezidentinin Avropa İttifaqının enerji məsələləri üzrə komissarı ilə görüşü olub

Siyasət Materials 26 Yanvar 2012 13:32 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 26-da Davosda Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger ilə görüşü olub.
Azərbaycan Prezidentinin Avropa İttifaqının enerji məsələləri üzrə komissarı ilə görüşü olub

Azərbaycan, Bakı, 26 yanvar /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 26-da Davosda Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger ilə görüşü olub.

Trend-in məlumatına görə, görüşdə "Cənub qaz dəhlizi" layihəsinin inkişafı və perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Avropanın Azərbaycan qazına böyük ehtiyacının olduğu qeyd edilən görüşdə qarşıdakı dövrdə mavi yanacağın ölkəmizdən Avropaya nəql olunması məsələsinin həllinin vacibliyi vurğulanıb.

Görüşdə 2011-ci ilin yanvarında Bakıda Prezident İlham Əliyevin və Avropa Komissiyasının sədri Xose Manuel Barrozunın imzaladıqları "Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə"nin enerji sahəsindəki əlaqələrin inkişafında rolu qeyd edilib.

Bundan başqa, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji əməkdaşlığında 2011-ci ildə əldə olunan nailiyyətlərin bu il də real həyatda əksini tapmasının əhəmiyyəti vurğulanıb.

Xəbər lenti

Xəbər lenti