...

Aslan İsmayılov: Ziyalılar Forumu ilə razılaşmadığım məqamlar olduğundan oranı tərk etmişəm

Siyasət Materials 26 Yanvar 2012 14:00 (UTC +04:00)
Vəkil Aslan İsmayılov Ziyalılar Forumundan çıxmasının səbəbini açıqlayıb.
Aslan İsmayılov: Ziyalılar Forumu ilə razılaşmadığım məqamlar olduğundan oranı tərk etmişəm

Azərbaycan, Bakı, 26 yanvar / Trend müxbir M.Əliyev/

Vəkil Aslan İsmayılov Ziyalılar Forumundan çıxmasının səbəbini açıqlayıb.

"Ziyalılar Forumu ilə razılaşmadığım məqamlar olduğundan oranı tərk etmişəm", - vəkil Aslan İsmayılov cümə axşamı Trend-ə Ziyalılar Forumunu tərk etməsinə münasibət bildirərkən deyib.

"Forumun cəmiyyətdəki rolunu müsbət dəyərləndirdiyimdən, onun ətrafında söz-söhbət olmasını istəmirəm. İşlər gördüyümdən, bu barədə danışıb hər hansı söz-söhbət yaratmaq istəmirəm. Qısaca demək istəyirəm ki, bəzi razılaşmadığım məqamlar olduğundan forumu tərk etmişəm", - o bildirib.

Vəkilin sözlərinə görə, Ziyalılar Forumunun onun gördüyü işə nə müsbət, nə mənfi təsiri olub.

"Heç kəs məni sabah qeyri-səmimilikdə ittiham edə bilməz. Mən necə ki, aktiv vətəndaş mövqeyində olmuşdum, bundan sonra da aktiv vətəndaş mövqeyində olacam. Öz işimi aparmaq fikrim var - sadəcə olaraq forumdan kənarda. Necə ki, 23 il heç bir təşkilatda olmamışdım, yenə də təkbaşına fəaliyyətimi davam etdirəcəm", - İsmayılov bildirib.

Xəbər lenti

Xəbər lenti