...

Millət vəkilləri Azərbaycan və Türkiyə arasındakı strateji müttəfiqlikdən danışıblar

Siyasət Materials 30 Yanvar 2012 17:40 (UTC +04:00)
Azərbaycanın milət vəkilləri Türkiyə ilə Azərbaycan arasında olan münasibətlərdən danışıb, Türkiyədə bəzi qüvvələrin iki ölkə arasındakı münasibətlərə xələl gətirmək istəyinə münasibət bildirblər.
Millət vəkilləri Azərbaycan və Türkiyə arasındakı strateji müttəfiqlikdən danışıblar

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycanın milət vəkilləri Türkiyə ilə Azərbaycan arasında olan münasibətlərdən danışıb, Türkiyədə bəzi qüvvələrin iki ölkə arasındakı münasibətlərə xələl gətirmək istəyinə münasibət bildirblər.

Trend-in məlumatına görə, bazar ertəsi Azərbaycan və Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümünə həsr olunmuş toplantıda millət vəkili Gülər Əhmədova tədbirdə bildirib ki, türklər biri-birinin əlindən çox bərk tutmalıdırlar. O, türk dünyasının birləşməsinin vacibliyini vurğulayıb.

Eyni zamanda, millət vəkili deyib ki, Türkiyə və Azərbaycan qardaşlığı və strateji mütəfiqliyi çox yüksək səviyyədədir, lakin dünyada fəaliyyət göstərən türk diasporları daha da intensiv çalışmalıdırlar.

"Bizim qarşımızda erməni kimi çox hiyləgər düşmən var", - o deyib.

Millət vəkili Jalə Əliyeva toplantıda deyib ki, Türkiyə ilə Azərbaycan arasında birlik sözdə olan məsələ deyil, əməldə, tarixdə həkk olunub.

Millət vəkili Musa Qasımlı yaxın vaxtlarda Moskva arxivlərində çalışdığını qeyd edərək vurğulayıb ki, Moskvadakı arxiv sənədlərini alıb araşdırmaq lazımdır. "O sənədlər açılandan sonra heç kim "erməni soyqırımı" məsələsinə inanmayacaq. Çünki həmin sənədlər ötən əsrin əvvəllərində bitərəf şəxslər tərəfindən yazılıb", - o deyib.

Deputat Aqil Abbas bildirib ki, araşdırma zamanı son zamanlar Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirmək istəyən qüvvələrin əslində türk olmadıqları məlum olur.

Azərbaycanlı deputat Qənirə Paşayeva isə çıxışında deyib ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin analoqu yoxdur. "Bu gün əgər biz ortaq düşmənə qarşı birgə mübarizə aparırıqsa, bu, artıq çox önəmlidir", - o deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətlərini bundan sonra da pozmaq istəyənlər olacaq. "Biz buna icazə verməməliyik, çünki dünyada Azərbaycanı Türkiyədən, Türkiyəni də Azərbaycandan çox istəyən yoxdur", - Paşayeva əlavə edib.

Paşayeva təklif edib ki, İstanbulun Taksim meydanında fevralın 26-da "Hamımız qarabağlıyıq, hamımız xocalılıyıq" deyə böyük izdihamlı tədbir keçirilsin. "Kiçik bir elan verilsə, bütün meydan bir an içində izdihamla dolar", - o deyib.

Xəbər lenti

Xəbər lenti