...

Azərbaycan Milli Məclisinin yaz sessiyası öz işinə başlayıb

Siyasət Materials 1 Fevral 2012 12:03 (UTC +04:00)
Azərbaycan Milli Məclisinin yaz sessiyası bu gün öz işinə başlayıb.
Azərbaycan Milli Məclisinin yaz sessiyası öz işinə başlayıb

Azərbaycan, Bakı, 1 fevral / Trend müxbir M.Əliyev/

Azərbaycan Milli Məclisinin yaz sessiyası bu gün öz işinə başlayıb.

Trend-in məlumatına görə, ilk öncə Azərbaycanın dövlət himni oxunub.

Yaz sessiyasının ilk iclasının gündəliyinə Milli Məclisin İntizam və Hesablayıcı komissiyalarının yenidən təşkil edilməsi, parlamentin yaz sessiyasının qanunvericilik işləri planı haqqında məsələlər və "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" qanun layihəsinin (ikinci oxunuş) müzakirəsi və qəbulu daxil edilib.

Xəbər lenti

Xəbər lenti