...

Azərbaycan Parlamentində Fransa Senatının “erməni soyqırımı” ilə bağlı qanunu qəbul etməsi məsələsi müzakirə olunub

Siyasət Materials 1 Fevral 2012 12:53 (UTC +04:00)
Bu gün Milli Məclisin yaz sessiyasının ilk iclasında Fransa Senatı tərəfindən qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunun qəbul edilməsi ilə bağlı müzakirələr aparılıb.
Azərbaycan Parlamentində Fransa Senatının “erməni soyqırımı” ilə bağlı qanunu qəbul etməsi məsələsi müzakirə olunub

Azərbaycan, Bakı, 1 fevral / Trend müxbir M.Əliyev/

Bu gün Milli Məclisin yaz sessiyasının ilk iclasında Fransa Senatı tərəfindən qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunun qəbul edilməsi ilə bağlı müzakirələr aparılıb.

Trend-in məlumatəna görə, iclasda çıxış edən hakim Yeni Azərbaycan Partiyasından olan deputat Siyavuş Novruzov qeyd edib ki, Azərbaycan dövləti bununla bağlı kifayət qədər mövqe göstərsə də, təəssüf ki, bəzi mətbuat orqanları buna kölgə salır. Novruzov bunu qətiyyətlə pisləyib.

"Bu məsələdə iqtidar-müxalifət söhbəti olmamalıdır. Hamı eyni xətt üzrə hərəkət etməlidir. Azərbaycan dövləti, Azərbaycan Parlamenti bununla bağlı kifayət qədər addımlar atır. Biz istənilən addımlarda Türkiyənin yanındayıq. İndiki hadisədə də vəziyyəti izləyirik və ardıcıl olaraq hüquqi şəkildə mövqeyimizi bildiririk, lazım olduqca da bildirəcəyik", - millət vəkili vurğulayıb.

Spiker Oqtay Əsədov deyib ki, bəziləri bu hadisədən istifadə edib özlərini göstərirlər.

"Biz isə özümüzü göstərmək niyyətində deyilik, ən sərt formada mövqeyimizi ortaya qoymuşuq. Bu, ürəkdən gələn addımdır, etmişik və edəcəyik. Hazırda səbr etməliyi, görək Fransa Konstitusiya Şurasının son sozü nə olacaq. Ondan sonra gərəkli addımları atacağıq", - spiker əlavə edib.

Deputat Qənirə Paşayeva çıxışında vurğulayıb ki, azərbaycanlı deputatlar dəfələrlə bunula bağlı öz sözlərini deyiblər.

O, təklif edib ki, Xocalı soyqırımının 20-ci ildönümündə Türkiyəyə müraciət ünvanlansın və bu soyqırımın rəsmi şəkidlə tanınması üçün səy göstərilsin.

"Bu, bizim Türkiyə ilə qardaşlığımızın sübutu olar, həm də bütün dünya görər ki, əsl soyqırıma kim məruz qalıb. İnanıram ki, qardaş Tükiyə parlamenti də bunu müsbət qarşılayıb dəyərləndirər. İstanbulun mərkəzində "Hamımız xocalılıyıq", "Hamımız qarabağlıyıq" şüarı ilə mitinq keçirək", - Paşayeva təklif edib.

Qeyd edək ki, iclasda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Jozef Debono Qrex ve Pedro Aqramunt da çıxış ediblər.

Yanvarın 23-də Fransa Senatı təxminən səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 127, əleyhinə isə 86 senator səs verib.

Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti