...

Azərbaycan Prezidenti İlham Əliyev Serbiyanın xarici işlər naziri ilə görüşüb

Siyasət Materials 4 Fevral 2012 17:33 (UTC +04:00)
Almaniya Federativ Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Serbiyanın xarici işlər naziri Vuk Yeremiç ilə görüşüb.
Azərbaycan Prezidenti İlham Əliyev Serbiyanın xarici işlər naziri ilə görüşüb

Azərbaycan, Bakı, 4 fevral /Trend/

Almaniya Federativ Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Serbiyanın xarici işlər naziri Vuk Yeremiç ilə görüşüb.

Trend-in məlumatına görə, görüşdə Azərbaycanla Serbiya arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından, siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə edilib. Ölkələrimizin müxtəlif sahələrdə bir-birinə verdikləri dəstəyin önəmi vurğulanıb. Serbiyada yol tikintisində Azərbaycan şirkətlərinin iştirakı ilə bağlı bu yaxınlarda Bakıda imzalanan müqavilənin əhəmiyyəti qeyd olunub.

Xəbər lenti

Xəbər lenti