...

Litvanın Baş naziri və XİN rəhbəri Azərbaycana səfər edəcəklər (FOTO)

Siyasət Materials 10 Fevral 2012 15:26 (UTC +04:00)
Cari ilin birinci yarısında Litvanın Baş naziri və xarici işlər naziri Azərbaycana səfər edəcəklər.
Litvanın Baş naziri və XİN rəhbəri Azərbaycana səfər edəcəklər (FOTO)

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir S.Ağayeva/

Cari ilin birinci yarısında Litvanın Baş naziri və xarici işlər naziri Azərbaycana səfər edəcəklər.

Apreldə Litvanın xarici işlər naziri Andronius Ajubalisin, iyunda isə Baş nazir Andrius Kubiliyusun Bakıya rəsmi səfəri baş tutacaq.

Ajubalisin Bakıya səfəri zamanı iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək.

Litva Prezidenti Dalia Qribauskayte və Azərbaycanın bu ölkədəki səfiri Həsən Məmmədzadə qarşıdakı səfərləri və iki ölkənin müxtəlif sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Bu barədə cümə günü Trend-ə səfirlikdən məlumat veriblər.

Azərbaycan səfiri cümə günü öz etimadnaməsini Litva Prezidentinə təqdim edib.

Bakıdakı hökumətlərarası iclas çərçivəsində Litva məhsullarının sərgi-yarmarkası da təşkil ediləcək.

Səfir görüşdə deyib ki, Azərbaycan Litva ilə informasiya texnologiyaları, kənd təsərrüfatı, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa böyük əhəmiyyət verir.

Xəbər lenti

Xəbər lenti