...

Azərbaycanın müxalifət düşərgəsində yeni birlik yaranması reallaşa bilər

Siyasət Materials 16 Fevral 2012 15:35 (UTC +04:00)
Müxalifət düşərgəsindən olan Azərbaycan Yaşıllar Partiyasının, Vətəndaş və İnkişaf Partiyasının və Liberal Partiyanın gələcək əməkdaşlıq formaları və yeni qurumun formalaşdırılması ilə bağlı bu gün müzakirələr aparılacaq.
Azərbaycanın müxalifət düşərgəsində yeni birlik yaranması reallaşa bilər

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir E.Mehdiyev/

Müxalifət düşərgəsindən olan Azərbaycan Yaşıllar Partiyasının, Vətəndaş və İnkişaf Partiyasının və Liberal Partiyanın gələcək əməkdaşlıq formaları və yeni qurumun formalaşdırılması ilə bağlı bu gün müzakirələr aparılacaq.

"Bugünkü görüşdə biz müxalifət düşərgəsində son zamanlar baş verən prosesləri, ictimai-siyasi vəziyyəti müzakirə edəcəyik, həmçinin, bu üç partiyanın gələcək əməkdaşlığı ilə bağlı mümkün olan variantları nəzərdən keçirəcəyik", - bunu cümə axşamı Trend-ə açıqlamasında Azərbaycan Yaşıllar Partiyasının sədri Mayis Güləliyev deyib.

Müxalif Demokrat (ADP) və Ümid partiyalarının birləşdiyi "Qarabağ" siyasi blokunun müxalifət partiyalarına birliklə bağlı ünvanladığı məktuba münasibət bildirən Güləliyev qeyd edib ki, yəqin ki, bu üç partiya bu birliyə qoşulmayacaq.

"Biz dəfələrlə "Qarabağ" blokunun nümayəndələri ilə görüşlər keçirmişik və görüşlərdə də hər dəfə birlik modelləri bizim maraqlarımıza uyğun olmayıb. Ona görə də biz həmin birlik maraqlarından uzaqlaşmışıq", - Güləliyev qeyd edib.

Onun sözlərinə görə, birlik elə formada təklif olunur ki, orada bütün partiyaların bərabərhüquqlu iştirakı təmin olunmayıb.

"Hansısa partiya orada özünü digərlərindən üstün hesab edir və buna görə də biz həmin birliyə qatılmağa cəht göstərmirik", - Güləliyev deyib.

Xəbər lenti

Xəbər lenti