...

Gəncə şəhəri rəsmən Azərbaycanın gənclər paytaxtı elan edildi

Siyasət Materials 16 Fevral 2012 18:33 (UTC +04:00)
Gəncə şəhəri ilk dəfə olaraq rəsmən Azərbaycanın gənclər paytaxtı elan edilib.
Gəncə şəhəri rəsmən Azərbaycanın gənclər paytaxtı elan edildi

Azərbaycan, Bakı, 16 fevral /Trend/

Gəncə şəhəri ilk dəfə olaraq rəsmən Azərbaycanın gənclər paytaxtı elan edilib. Trend-in məlumatına görə, bunu cümə axşamı Gənclər Günü ilə bağlı keçirilən tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev elan edib.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi Azərbaycanda "Gənclər Paytaxtı"nın seçimini təşkil edib. Səslər yanvarın 1-dən yanvarın 30-dək qeydə alınıb.

2012-ci il üçün Azərbaycanın "Gənclər paytaxtı"nın səsvermə siyahısına əhalisi 50.000 və ondan yuxarı olan şəhər və rayonlar daxil edilib.

Xəbər lenti

Xəbər lenti