Türkmənistan, Aşqabad, 17 fevral / Trend, müxbir H.Həsənov /
Bu gün Aşqabadda Ağsaqqallar Şurası Sarayında Qurbanqulu Berdiməhəmmədovun yeni beş illik müddətə Türkmənistan Prezidenti vəzifəsinə seçilməsi ilə əlaqədar təntənəli andiçmə mərasimi keçirilib. Bu barədə Trend-ə Türkmənistandakı rəsmi mənbə məlumat verib.
Seçkilərin nəticələrinə görə, hazırkı dövlət başçısı Qurbanqulu Berdiməhəmmədov səslərin 97,14 faizini toplayıb. Prezident seçkilərində səkkiz namizəd iştirak edib.