Azərbaycan, Bakı, 24 fevral /Trend/
Martın 5-də Çexiyada "Şərq Tərəfdaşlığı" (Ukrayna, Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Belarus), "Vışeqrad qrupu" ölkələrinin (Polşa, Çexiya, Sliovakiya və Macarıstan) və Baltikyanı ölkələrin (Latviya, Litva və Estoniya), eləcə də hazırda Aİ Şurasına sədrlik edən Danimarkanını XİN rəhbərlərinin Çexiyada görüşü keçiirləcək.
Trend-in məlumatına görə, bu barədə STK informasiya agentliyi Çexiya XİN-ə istinadən xəbər verir.
"Şərq Tərəfdaşlığı" böyük diqqətə layiqdir (Aİ tərəfdən - red.)", - agentlik Çexiya xarici işlər nazirinin müavini İrji Şnayderə istinadən yazır.
Qeyd olunur ki, görüşdə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton, genişlənmə məsələləri və Avropa Qonşuluq Siyasəti üzrə Avropa komissarı Ştefan Füle iştirak edəcəklər. Bu barədə "Ukrinform" yazır.
Xatırladaq ki, "Şərq Tərəfdaşlığı" layihəsinə 2009-cu ilin birinci yarısında Çexiyanın Aİ-yə sədrliyi dövründə başlanılıb. Tərəfdaşlığın son sammiti 2011-ci ilin sentyabrında Varşavada Polşanın sədrliyi dövründə keçirilib.