...

Ərdoğan: Türkiyə Xocalı soyqırımını unutmağa imkan verməyəcək (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 28 Fevral 2012 14:20 (UTC +04:00)
Türkiyə Xocalı soyqırımını unutmayacaq və unutmağa imkan verməyəcək. Bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.
Ərdoğan: Türkiyə Xocalı soyqırımını unutmağa imkan verməyəcək (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (Birinci xəbər saat 13:51-də yayılıb)

Azərbaycan, Bakı, 28 fevral / Trend müxbir A.Tağıyeva /

Türkiyə Xocalı soyqırımını unutmayacaq və unutmağa imkan verməyəcək. Bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib. Тrend-in məlumatına görə, bu barədə "TRT Haber" telekanalı xəbər yayıb.

"Türkiyədə Xocalı soyqırımı ilə bağlı çoxlu tədbirlər keçirildi. Türkiyə həmişə olduğu kimi bu məsələdə Azərbaycanı dəstəkləyəcək", - Ərdoğan deyib.

O qeyd edib ki, Azərbaycan xalqı bilməlidir ki, qardaş Türkiyə xalqı həmişə Xocalıda öldürülən günahsız azərbaycanlılara matəm saxlayacaq.

"Bəzi şəxslərin Xocalı ilə bağlı mitinqdəki guya millətçi fərqliliyin göstəricisi olan bir sıra plakatlar barədə ifadələri bizim Xocalı faciəsi ilə bağlı ağrılarımıza kölgə sala bilməz", - Baş nazir bildirib.

Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələrinin Xocalı şəhərinin yeddi minlik əhalisinə qarşı törətdiyi soyqırım aktı zamanı 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib.

Xəbər lenti

Xəbər lenti