...

Azərbaycanın Lİberal Partiyası müxalifətin bir araya gələ bilməməsinin səbəbini açıqlayıb

Siyasət Materials 28 Fevral 2012 15:47 (UTC +04:00)
Azərbaycan Liberal Partiyasının (ALP) sədri müxalifət partiyalarının dediyi hər sözə təklif kimi baxmır.
Azərbaycanın Lİberal Partiyası müxalifətin bir araya gələ bilməməsinin səbəbini açıqlayıb

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Liberal Partiyasının (ALP) sədri müxalifət partiyalarının dediyi hər sözə təklif kimi baxmır.

"Biz illərdir ki, görürük. Demək olar ki, bütün partiyaları beş barmağımız kimi tanıyırıq. Kəlməni başlayıb sözə çatınca hansı partiyanın nə deyəcəyini çox yaxşı bilirik. Ona görə də hər sözə real təklif kimi baxmırıq", - bunu çərşənbə axşamı Trend-ə açıqlamasında ALP sədri Əvəz Temirxan deyib.

Qeyd edək ki, bir müddət öncə müxalif Demokrat (ADP) və Ümid partiyalarının birləşdiyi "Qarabağ" siyasi bloku müxalifət partiyalarına birliklə bağlı məktub ünvanlamışdı. Məktubda müxalifətin birləşməsinin vacibliyi vurğulanmışdı. Azərbaycan Milli İstiqlal Partiyası da eyni təşəbbüslə çıxış etmişdi.

Bu təlkiflərdən heç birinin sədirlik etdiyi partiyaya daxil olmadığını deyən Temirxan qeyd edib ki, AMİP altılar formatına çevrilmiş səkkizlər formatından uzaqda durdu.

"Qarabağ" bloku da elə təklif vermişdi ki, biz onu qəbul edə bilməzdik, ona ehtiyac duymadıq. Növbəti təşəbbüs nə vaxt olacaq, ona cavab verəcəyik", - Temirxan deyib.

Partiya sədri müxtəlif blokların yaranmasına prinsipcə yaxşı baxsa da, artıq bir çox yaranmış blokların, birliklərin birləşəcəyinə ümidi çox azdır.

O, müxalifət partiyalarının bir araya gələ bilməməsinin səbəbini bəzi partiyaların və onların liderlərinin öz şəxsi siyasi və korporativ maraqlarını ümumi müxalifət maraqlarından üstün tutmasında görür.

"Biz öz yolumuzu gedəcəyik, kiminlə mümkündür, birləşəcəyik, kiminlə mümkün deyil, birləşməyəcəyik", - Temirxan vurğulayıb.

Xəbər lenti

Xəbər lenti