...

Azərbaycan və Aİ viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında danışıqlara başlayıb (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 1 Mart 2012 15:06 (UTC +04:00)
Bu gün Bakıda Azərbaycan və Avropa İttifaqı arasında viza prosedurunun sadələşdirilməsi və readmissiya haqqında sazişlər üzrə danışıqlar başlayıb.
Azərbaycan və Aİ viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında danışıqlara başlayıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir E.Mehdiyev/

Bu gün Bakıda Azərbaycan və Avropa İttifaqı arasında viza prosedurunun sadələşdirilməsi və readmissiya haqqında sazişlər üzrə danışıqlar başlayıb.

Trend-in məlumatına görə, Azərbaycan tərəfdən baş danışıqçı, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bu prosesin başlanğıcını Aİ ilə əməkdaşlıqda əsas addım kimi qiymətləndirib.

Onun sözlərinə görə, danışıqların məqsədi Azərbaycan və Aİ ölkələri vətəndaşlarının qarşılıqlı səfərləri şəraitinin sadələşdirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması, qanuni miqrasiyanının təşviqi üzrə səylərin birləşdirilməsidir.

"Azərbaycan viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında sazişlərin imzalanmasından sonra öz qanunvericiliyini yenidən nəzərdən keçirməyə, ona dəyişikliklər etməyə hazırdır və bunda Aİ-nin köməyinə ehtiyac olacaq", - Məmmədquliyev qeyd edib.

Danışıqlarda Aİ-nin nümayəndə heyətinə Beynəlxalq əlaqələr şöbəsinin rəhbər müavini Rob Rozenburq və Viza siyasəti bölməsinin rəhbər müavini Diderik Palman başçılıq edirlər.

Viza siyasəti bölməsinin rəhbər müavini Diderik Palman bu gün başlayan danışıqlar çərçivəsində bəyan edib ki, danışıqların başlanğıc mərhələsində söhbət viza rejiminin sadələşdirilməsindən gedir.

Onun sözlərinə görə, tərəflər əhalinin böyük əhatə dairəsinə uyğun olaraq viza rejiminin sadələşdirilməsinə səy göstərəcəklər.

Xəbər lenti

Xəbər lenti