...

Argentinanın xarici işlər və etiqad nazirinin Azərbaycana rəsmi səfər proqramı açıqlanıb

Siyasət Materials 1 Mart 2012 15:19 (UTC +04:00)
Bu gün Argentinanın xarici işlər və etiqad naziri Hektor Timermanın Azərbaycana rəsmi səfəri başlayır.
Argentinanın xarici işlər və etiqad nazirinin Azərbaycana rəsmi səfər proqramı açıqlanıb

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir M.Əliyev/

Bu gün Argentinanın xarici işlər və etiqad naziri Hektor Timermanın Azərbaycana rəsmi səfəri başlayır.

Trend-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfər zamanı Hektor Timermanın Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi, xarici işlər naziri Elmar Məmmədyarov və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovla görüşləri nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti