...

Sinan Oğan: Biz ortaq kədərimiz, sevincimiz ətrafında da bir yerdə olacağımızı nümayiş etdirdik

Siyasət Materials 2 Mart 2012 10:10 (UTC +04:00)
Taksim meydanında keçirilən mitinqdən sonra Türkiyə ictimaiyyətində Xocalı soyqırımına olan münasibət çox dəyişdi. Trend-in məlumatına görə, bunu jurnalistlərə Türkiyə Böyük Millət Məclisinin deputatı Sinan Oğan deyib.
Sinan Oğan: Biz ortaq kədərimiz, sevincimiz ətrafında da bir yerdə olacağımızı nümayiş etdirdik

Azərbaycan, Bakı, 2 mart / Trend müxbir M.Əliyev/

Taksim meydanında keçirilən mitinqdən sonra Türkiyə ictimaiyyətində Xocalı soyqırımına olan münasibət çox dəyişdi. Trend-in məlumatına görə, bunu jurnalistlərə Türkiyə Böyük Millət Məclisinin deputatı Sinan Oğan deyib.

Türkiyəli millət vəkili bildirib ki, Türkiyə-Azərbaycan birliyini bu şəkildə görən Türkiyədəki bəzi dairələr çox rahatsız olub.

"20 il ərzində bu mövzuda bir çox işlər görülmüşdü, amma bu il Türkiyədə hər kəs "Xocalıya ədalət!" dedi. Tək Taksim meydanında deyil, Türkiyənin bir çox şəhərlərində yürüşlər keçirildi. Türk xalqı Azərbaycanın yanında olduğunu göstərdi", - o deyib və əlavə edib ki, "biz ortaq kədərimiz, sevincimiz ətrafında da bir yerdə olacağımızı nümayiş etdirdik".

Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələrinin Xocalı şəhərinin yeddi minlik əhalisinə qarşı törətdiyi soyqırım aktı zamanı 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib.

Xəbər lenti

Xəbər lenti