...

Aİ liderləri Suriya Milli Şurasını suriyalıların "legitim nümayəndəsi" elan ediblər

Siyasət Materials 2 Mart 2012 17:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 mart /Trend/

Cümə günü Brüsseldə iki günlük sammiti başa vuran Avropa İttifaqının 27 ölkəsinin liderləri Suriya Milli Şurasını suriyalıların "legitim nümayəndəsi" elan ediblər. Trend-in məlumatına görə, bu barədə RİA Novosti yazır.

"Avropa İttifaqı Suriya müxalifətini azadlıq, şərəf və demokratiya uğrunda mübarizəsinə görə dəstəkləyir; Suriya Milli Şurasını suriyalıların "legiitm nümayəndəsi" kimi tanıyır və Suriya müxalifətinin bütün üzvlərini bütün vətəndaşların bərabər hüquqlarının təmin olunacağı özlərinin yeni Suriya uğrunda mübarizəsində birləşməyə çağırır", - sammitin yekun sənədində deyilir.

Xəbər lenti

Xəbər lenti