...

Prezident İlham Əliyev Dünya Bankının strategiya və əməliyyatlar üzrə direktorunu qəbul edib

Siyasət Materials 5 Mart 2012 20:19 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Dünya Bankının strategiya və əməliyyatlar üzrə direktoru Teodor Ahlersin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev Dünya Bankının strategiya və əməliyyatlar üzrə direktorunu qəbul edib

Azərbaycan, Bakı, 5 mart /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Dünya Bankının strategiya və əməliyyatlar üzrə direktoru Teodor Ahlersin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dünya Bankının strategiya və əməliyyatlar üzrə direktoru Teodor Ahlers Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə təşkil etdikləri yüksək səviyyəli II İqtisadi Siyasət Forumunda aparılan müzakirələrdə iştirak etməsindən məmnunluğunu bildirdi.

Dövlətimizin başçısı yüksək səviyyəli II İqtisadi Siyasət Forumunun önəmini qeyd etdi. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan iqtisadi inkişafının birinci mərhələsini başa vurduqdan sonra gələcək illərdə də qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi əsas prioritet sahələrdən biri olacaq.

Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında bank sahəsində uzun illər davam edən uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edildi, bu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminlik bildirildi.

Xəbər lenti

Xəbər lenti