...

MDB ölkələrinin XİN rəhbərləri Astanada görüşəcək

Siyasət Materials 7 Mart 2012 16:12 (UTC +04:00)
MDB ölkələrinin XİN rəhbərləri aprelin 6-da Astanada görüşəcəklər.
MDB ölkələrinin XİN rəhbərləri Astanada görüşəcək

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir S.Ağayeva/

MDB ölkələrinin XİN rəhbərləri aprelin 6-da Astanada görüşəcəklər. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü qurumun İcraiyyə katibliyinin məlumatında deyilir.

2011-ci ildə MDB çərçivəsində XİN-lərarası çoxsəviyyəli məsləhətləşmələr planının və 2012-ci ilin planlarının həyata keçirilməsi Astanada keçiriləcək MDB Xarici İşlər Nazirləri Şurasının iclasında müzakirə ediləcək.

MDB İcraiyyə Komitəsi XİNŞ iclasının Daimi Nümayəndələr Şurasında müzakirə olunmuş gündəliyin layihəsinə əlavəni hazırlayıb. Əlavələr MDB iştirakçısı olan ölkələrin nümayəndələrinin ekspert qruplarının iclaslarında razılaşdırılmış 20-dən artıq sənədin layihəsini nəzərdə tutur.

Siyasi yönümlü məsələlərlə yanaşı, gündəliyin layihəsinə hərbi əməkdaşlıq və təhlükəsizlik, humanitar sahələr, MDB-nin sahə əməkdaşlıq orqanlarının fəaliyyəti daxildir.

Belə ki, gündəliyin layihəsinə əsasən, XİNŞ iclasında 2020-ci ilə qədər MDB iştirakçısı olan dövlətlərdə bədən tərbiyəsinin inkişaf strategiyasının və 2012-2013-cü illərdə onun reallaşdırılmasına; MDB ölkələrinin silahlı qüvvələrinin mühəndislik təminatı sahəsində əməkdaşlıq haqqında razılaşmalar, üçüncü dövlətlərin vətəndaşlarının və iştirakçı dövlətlərin ərazilərinə daxil olan vətəndaşlığı olmayan şəxslərin vahid uçot sisteminin yaradılması məsələlərini tənzimləyən sənədlərə əlavə və dəyişikliklərin daxil edilməsi və digərlərinə baxılması güman edilir.

Həmçinin, Daimi Nümayəndələr Şurası tərəfindən Aşqabadda 30 may 2012-ci ildə keçirilməsi nəzərdə tutulmuş MDB-nin Hökumət Başçıları Şurası iclasının gündəliyinin layihəsinə edilən təkliflərə də baxılıb. Təkliflər MDB-nin həyat fəaliyyətinin bir çox istiqamətləri üzrə 20-dən artıq sənəd layihəsini özündə ehtiva edir.

Xəbər lenti

Xəbər lenti