...

Paraqvay Azərbaycanla əməkdaşlıqda maraqlıdır - Prezident (FOTO)

Siyasət Materials 29 Mart 2012 13:26 (UTC +04:00)
Paraqvay Azərbaycanla əməkdaşlıqda maraqlıdır və qarşılıqlı maraq kəsb edən sahələrin müəyyənləşdirilməsinin vacib olduğunu hesab edir.
Paraqvay Azərbaycanla əməkdaşlıqda maraqlıdır - Prezident (FOTO)

Azərbaycan, Bakı, 29 mart /Trend/

Paraqvay Azərbaycanla əməkdaşlıqda maraqlıdır və qarşılıqlı maraq kəsb edən sahələrin müəyyənləşdirilməsinin vacib olduğunu hesab edir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Paraqvay Prezidenti Fernando Luqo Azərbaycanın bu ölkədəki səfiri Məmməd Əhmədzadə ilə görüşündə bildirib.

Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə, eyni zamanda Paraqvayda da akkreditə olunması ilə əlaqədar etimadnamələrini Prezident Luqoya təqdim edib.

Tərəflər siyasi dialoqun davam etdirilməsi, xüsusilə enerji, aqrar və əczaçılıq sahələrində iqtisadi əməkdaşlığın genişləndirilməsinin davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Tərəflər, həmçinin regional təhlükəsizlik, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nizamlanması prosesi, ölkəmizin enerji strategiyası, regional əməkdaşlıq və inkişafdakı rolu məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Səfir Paraqvay dövlət başçısına Azərbaycan Prezidentinin ən xoş arzularını çatdırıb və onu ölkə haqqında məlumatlanıdırıb, müstəqillik tarixi, əldə edilən uğurlar, dünyada artan nüfuzu haqqında danışıb.

Diplomatın sözlərinə görə, Azərbaycan Latın Amerikası ölkələri, o cümlədən də Paraqvayla münasibətlərin inkişafına böyük əhəmiyyət verir.

Xəbər lenti

Xəbər lenti