...

Müsavat Partiyasının qurultay üçün yer ayrılması ilə bağlı təkrar müraciətinə cavab verilib

Siyasət Materials 30 Mart 2012 17:35 (UTC +04:00)
Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının Bakı Əl Oyunları və İdman Sarayında və Opera və Balet Teatırında qurultay keçirməklə bağlı müraciətinə cavab verib.
Müsavat Partiyasının qurultay üçün yer ayrılması ilə bağlı təkrar müraciətinə cavab verilib

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir E.Mehdiyev/

Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının Bakı Əl Oyunları və İdman Sarayında və Opera və Balet Teatırında qurultay keçirməklə bağlı müraciətinə cavab verib.

Müsavat Partiyasının Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Tofiq Yaqublu cümə günü Trend-ə bildirib ki, BŞİH qurultayın Əl Oyunları və İdman Sarayında keçirilməsinə icazə verməyib.

Onun sözlərinə görə, Opera və Balet Teatırına gəlincə isə, BŞİH Teatrın rəhbərliyi ilə razılaşıb yenidən BŞİH-ə müraciət etməyi tövsiyə edib.

Qeyd edək ki, Müsavat Partiyası Məclisinin yanvarın 7-də keçirilən iclasında VIII qurultayın bu il martın 3-4-də keçirilməsi qərara alınmışdı. Qurultay zamanı yeni başqanın seçilməsi məsələsi də gündəmdədir.

Xəbər lenti

Xəbər lenti