...

Finlandiya Azərbaycan ilə əməkdaşlığı Avropa səviyyəsində də genişləndirmək niyyətindədir

Siyasət Materials 2 Aprel 2012 20:03 (UTC +04:00)
Finlandiya Azərbaycan ilə əməkdaşlığı təkcə ikitərəfli formatda deyil, həmçinin Avropa səviyyəsində genişləndirmək niyyətindədir.
Finlandiya Azərbaycan ilə əməkdaşlığı Avropa səviyyəsində də genişləndirmək niyyətindədir

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir S.Ağayeva/

Finlandiya Azərbaycan ilə əməkdaşlığı təkcə ikitərəfli formatda deyil, həmçinin Avropa səviyyəsində genişləndirmək niyyətindədir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Bakıda Finlandiyanın xarici işlər naziri Erkki Tuomioya azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi danışıqların yekunu üzrə mətbuat konfransında bildirib.

"Finlandiya Aİ-nin üzvü kimi "Şərq Tərəfdaşlığı" ölkələrinə münasibətdə açıq siyasət aparır və Azərbaycan istisna deyil", - nazir deyib.

Onun sözlərinə görə, o, Bakıda ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini, Suriyadakı vəziyyəti və İran problemini müzakirə edib.

"Hər iki tərəf (Azərbaycan və Finlandiya) regionda yeni münaqişə ocağının yaranmasına qarşı çıxış edib", - o qeyd edib.

Finlandiya bu il BMT Təhlükəsizlik Şurasına seçiləcək və XİN rəhbərinin fikrincə, bu təşkilat iki ölkənin əməkdaşlığı üçün yeni platforma olacaq.

"Azərbaycan bütün sahələrdə Finlandiya ilə əməkdaşlığın inkişafında maraqlıdır. Bu əməkdaşlıq kommunikasiya sahəsi ilə məhdudlaşmamalıdır", - mətbuat konfransında Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov deyib.

Xəbər lenti

Xəbər lenti