...

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri başlayıb

Siyasət Materials 3 Aprel 2012 14:19 (UTC +04:00)
Rusiyanın xarici işlər naziri Sergey Lavrov iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr olunmuş rəsmi səfərlə Azərbaycana gəlib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri başlayıb

Azərbaycan, Bakı, 3 aprel / Trend, müxbir E.Tariverdiyeva /

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr olunmuş rəsmi səfərlə Azərbaycana gəlib.

Rusiya XİN-in rəhbəri aprelin 3-4-də Azərbaycana səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev, Baş nazir Artur Rasizadə, həmçinin xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək. Trend-in məlumatına görə, bir az əvvəl bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.

"20 il ərzində xalqlarımız arasında münasibətlərin mehriban qonşuluq və dostluq ruhunda möhkəmləndirilməsinə yönəldilmiş əməkdaşlığın yüksək səviyyəsi əldə edilib. Biz Azərbaycanı regionda strateji tərəfdaş hesab edirik", - Lukaşeviç qeyd edib.

Onun sözlərinə görə, nazirin cari səfəri Azərbaycan və Rusiya münasibətlərinin möhkəmləndirilməsi ilə bağlı dialoqun davamı kimi nəzərdən keçirilir.

Xəbər lenti

Xəbər lenti