...

Prezident İlham Əliyevin Çexiya Respublikasına dövlət səfəri başa çatıb

Siyasət Materials 6 Aprel 2012 19:03 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin Çexiya Respublikasına dövlət səfəri başa çatıb.
Prezident İlham Əliyevin Çexiya Respublikasına dövlət səfəri başa çatıb

Azərbaycan, Bakı, 6 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyevin Çexiya Respublikasına dövlət səfəri başa çatıb.

Azərbaycanın və Çexiyanın dövlət bayraqlarının dalğalandığı Praqanın "Stara Ruzine" Hökumət Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyevi Çexiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar.

Dövlətimizin başçısı həmin gün Bakıya qayıdıb.

Azərbaycan Prezidentini Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıblar.

Xəbər lenti

Xəbər lenti