...

GUAM milli əlaqələndiriciləri Bakıda əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər

Siyasət Materials 9 Aprel 2012 10:31 (UTC +04:00)
GUAM-da əməkdaşlığın perspektivlərini milli əlaqələndiricilər 10-11 aprel tarixlərində Bakıda müzakirə edəcəklər
GUAM milli əlaqələndiriciləri Bakıda əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər

Azərbaycan, Bakı, 9 aprel / Trend, müxbir S.Ağayeva/

GUAM-da əməkdaşlığın perspektivlərini milli əlaqələndiricilər 10-11 aprel tarixlərində Bakıda müzakirə edəcəklər. Bu barədə Trend-ə qurumun Katibliyindən məlumat verilib.

Təşkilata üzv ölkələrin milli əlaqələndiriciləri - Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın xarici işlər nazirlərinin müavinləri, eləcə də GUAM-ın baş katibi Valeri Çeçelaşvili qurum çərçivəsində həyata keçirilən proqram və layihələri müzakirə edəcəklər.

Bu il təşkilata Azərbaycan sədrlik edir.

Xəbər lenti

Xəbər lenti