...

Stepan Şaumyanın antiazərbaycan fəaliyyətini ifşa edən kitab təqdim olunub

Siyasət Materials 11 Aprel 2012 14:05 (UTC +04:00)
Bu gün rus dilində nəşr edilən "Stepan Şaumyan - Unudulmaya məruz qalanlar" adlı kitabın təqdimat mərasimi keçirilib.
Stepan Şaumyanın antiazərbaycan fəaliyyətini ifşa edən kitab təqdim olunub

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir E.Mehdiyev/

Bu gün rus dilində nəşr edilən "Stepan Şaumyan - Unudulmaya məruz qalanlar" adlı kitabın təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, tarix elmləri doktoru, professor Eldar İsmaylov tərəfindən yazılan kitab Stepan Şaumyanın antiazərbaycan fəaliyyətindən bəhs edir.

Tədbirdə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, tələbə və müəllim heyəti, millət vəkilləri iştirak edib.

Tədbirdə çıxış edən Abel Məhərrəmov bildirib ki, aktuallığına görə bu kitab vaxtında yazılmış bir kitabdır.

"Vaxtilə biz Stepan Şaumyanı böyük bolşevik, böyük kommunist kimi qəbul edirdik. Ancaq indi aydın olur ki, əslində o, antiazərbaycan təbliğatının "böyük qəhrəman"ı olub", - Məhərrəmov deyib.

Rektor qeyd edib ki, mart hadisəsi, digər hadisələr, 1905-ci il hadisələrindən başlayaraq Xocalı qırğınına, Qarabağ məsələsinə qədər keçən yolda Daşnaksütyun partiyasının fəaliyyəti azərbaycanlılara qarşı yönəldilmiş işğalçılıq siyasətidir.

"Onun bir hissəsi də Şaumyanın üzərinə düşür. Ancaq heç vaxt bu, bizim tariximizdə olduğu kimi doğru, düzgün əks etdirilməmişdi. Hətta ümimilli liderimiz Heydər Əliyev gözəl qeyd edirdi ki, Şaumyanın antiazərbaycan fəaliyyəti əsərlərdə çox az əks etdirilib. Yəni görünür vaxtilə o məlumatları yandırıblar, gizlədiblər. Biz bilməmişik ki, Şaumyanın əsl fəaliyyəti nədən ibarətdir", - Məhərrəmov bildirib.

O vurğulayıb ki, bu baxımdan kitab özünəməxsus əhəmiyyətə malikdir.

Tədbirdə çıxış edən digər iştirakçılar da Şaumyanın antiazərbaycan fəaliyyətindən danışıb, kitabın əhəmiyyətini vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti