...

Türk icmasının rəhbəri Almaniya Prezidentindən Qarabağ münaqişəsinin həllinə yardım etməyi xahiş edib

Siyasət Materials 12 Aprel 2012 16:35 (UTC +04:00)
Almaniyadakı türk icmasının rəhbəri Haqqı Yalçın ölkə prezidenti Yoahim Qauka Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etmək xahişi ilə məktub göndərib.
Türk icmasının rəhbəri Almaniya Prezidentindən Qarabağ münaqişəsinin həllinə yardım etməyi xahiş edib

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir A.Tağıyeva/

Almaniyadakı türk icmasının rəhbəri Haqqı Yalçın ölkə prezidenti Yoahim Qauka Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etmək xahişi ilə məktub göndərib. Belə ki, problemin həllinin uzanması Cənubi Qafqaz regionunda müharibəyə gətirib çıxara bilər. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Türkiyənin "Gazete24" nəşri xəbər verir.

"Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində bir milyona yaxın insan məcburi köçkün statusu ilə Azərbaycanın müxtəlif şəhərlərində yerləşdirilib. 20 ilə yaxındır ki, bu insanlar öz doğma yurdlarına qayıda bilmirlər", - Yalçın deyib.

Haqqı Yalçının məktubunda deyilir ki, BMT TŞ-nin qəbul etdiyi dörd qətnaməni hələ də yerinə yetirməyən Ermənistan Azərbaycan torpaqlarının işğalını davam etdirir ki, bu da bütün hüquq normalarına ziddir.

O, həmçinin məktubda qeyd edib ki, Azərbaycan hökuməti 20 il ərzində bu problemin siyasi həllini tapmağa cəhd edir. Lakin vəziyyət dəyişməzsə, müharibə qaçılmaz olacaq.

Yalçın, habelə Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün Almaniya Prezidenti ilə görüşməyə hazır olduğunu da ifadə edib.

Xəbər lenti

Xəbər lenti