...

Suriyaya silah daşıyan gəmi saxlanılıb

Siyasət Materials 18 Aprel 2012 16:03 (UTC +04:00)
Türkiyə hakimiyyəti Hatay vilayətinin İsgəndərun limanında Suriyaya silah və hərbi sursat daşıyan gəmini saxlayıb.
Suriyaya silah daşıyan gəmi saxlanılıb

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir A.Tağıyeva/

Türkiyə hakimiyyəti Hatay vilayətinin İsgəndərun limanında Suriyaya silah və hərbi sursat daşıyan gəmini saxlayıb. Bu barədə çərşənbə günü Trend "CNN Turk" telekanalına istinadən məlumat verir.

Gəmi BMT-nin Suriya hakimiyyətinə xəbərdarlığından sonra saxlanılıb.

Hazırda "Atlantik Cruser" gəmisində Türkiyənin gömrük idarəsi və polisi araşdırma aparır.

Xəbər lenti

Xəbər lenti