Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir M.Əliyev/
İordaniya parlamentinin vitse-spikeri Abdulrauf ər-Ravayde Azərbaycana səfərə gəlir. Bu barədə bazar ertəsi Trend-ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.
Ər-Ravaydenin Azərbaycana səfəri aprelin 24-də Fəxri xiyaban və Şəhidlər xiyabanına ziyarətlə başlayacaq. Səfər çərçivəsində İordaniyanın vitse-spikeri Milli Məclisdə iki ölkənin parlamentlərarası əlaqələrini müzakirə edəcək.
Həmçinin, Abdulrauf ər-Ravaydenin Azərbaycanda digər yüksəksəviyyəli görüşlər keçirməsi gözlənilir.