...

Azərbaycan deputatları Almaniyada QHT və KİV nümayəndələri ilə görüşəcəklər

Siyasət Materials 24 Aprel 2012 18:07 (UTC +04:00)
Azərbaycanın millət vəkilləri Rövşən Rzayev və Aydın Abbasov aprelin 26-da Berlin şəhərinə yola düşəcəklər.
Azərbaycan deputatları Almaniyada QHT və KİV nümayəndələri ilə görüşəcəklər

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Azərbaycanın millət vəkilləri Rövşən Rzayev və Aydın Abbasov aprelin 26-da Berlin şəhərinə yola düşəcəklər.

Trend Milli Məclisin rəsmi saytına istinadən məlumat verir ki, deputatlar Almaniya Bundestaqında bu ölkənin qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirəcəklər.

Görüşdə cari ilin may ayında ölkəmizdə keçiriləcək "Eurovision" mahnı müsabiqəsi ərəfəsində görülən işlər, Azərbaycan həqiqətləri və bəzi qüvvələrin ölkəmizə qarşı qarayaxma kampaniyası barədə faktlar QHT və KİV nümayəndələrinin diqqətinə çatdırılacaq.

Xəbər lenti

Xəbər lenti