...

İlham Əliyev Şimon Peresi təbrik edib

Siyasət Materials 25 Aprel 2012 18:29 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti Şimon Peresə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Şimon Peresi təbrik edib

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti Şimon Peresə təbrik məktubu ünvanlayıb.

"Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə İsrail arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeləri naminə öz inkişafını davam etdirəcəkdir", - təbrikdə deyilir.

İlham Əliyev Şimon Peresə möhkəm cansağlığı, işlərində uğurlar, dost İsrail xalqına sülh və tərəqqi arzulayıb.

Xəbər lenti

Xəbər lenti