...

Tovuz-Qovlar-Ağbaşlar avtomobil yolunun tikintisinə maliyyə vəsaiti ayrılıb

Siyasət Materials 1 May 2012 18:24 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Tovuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Tovuz-Qovlar-Ağbaşlar avtomobil yolunun tikintisinə maliyyə vəsaiti ayrılıb

Azərbaycan, Bakı, 1 may /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Tovuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, qırx min nəfər əhalinin yaşadığı 35 yaşayış məntəqəsini birləşdirən Tovuz-Qovlar-Ağbaşlar avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Tovuz rayon İcra Hakimiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti