Azərbaycan, Bakı, 7 may /Trend, müxbir E.Tarıverdiyeva/
Azərbaycan-Rusiya münasibətləri yaxşı işləyir, artıq onların söykənəcəyi dayaq var və münasibətlər indi olduğu kimi yeni prezidentin dövründə də yaxşı inkişaf edəcək. Trend-in məlumatına görə, bunu RF-nin Azərbaycandakı səfiri Vladimir Doroxin bazar ertəsi Bakıda Böyük Qələbəyə həsr olunmuş fotosərginin açılışında deyib.
"Azərbaycan-Rusiya münasibətlərinə görə hər şeydən az narahat olmaq lazımdır. Hamıya yaxşı məlumdur ki, müstəqil Rusiya və Azərbaycanın yeni münasibətlərinin əsasında məhz Putin Heydər Əliyevlə birgə dayanıb", - Doroxin deyib.
Səfirin sözlərinə görə, Putin ölkələr arasında mövcud olan münasibətlərin inkişafı ideyasına şəxsən sadiqdir.
Bazar ertəsi Vladimir Putin ölkə Konstitusiyasına and içərək Rusiya Prezidenti vəsifəsinin icrasına başlayıb. O, ilk dəfə olaraq altı illiyə üçüncü dəfə dövlət başçısı olur.