Azərbaycan, Bakı, 10 may /Trend/
Prezident İlham Əliyev "Azərbaycanın gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri"nin təsdiq edilməsi haqqında fərman imzalayıb.
Fərmanda qeyd olunub ki, "Azərbaycan gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə" və "Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri" təsdiq edilsin.
Nazirlər Kabinetinə tapşırıq verilib ki, iki ay müddətində Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Prezidentinə məlumat versin. Həmçinin, Azərbaycan gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təchizat normalarını müəyyən etsin və bu barədə Azərbaycanın Prezidentinə məlumat versin.
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi iki ay müddətində xüsusi geyim formasının daşınması qaydalarını təsdiq etsin və bu barədə Azərbaycan Prezidentinə məlumat versin.
Bu fərman 2013-cü il yanvarın 1-dən qüvvəyə minir.
Azərbaycanın gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqlənmə nişanları təsdiq edilib