...

Səməd Seyidov: Beynəlxalq təşkilatlar Ermənistanda demokratik cəmiyyət formalaşdırmaq deyil, bu ölkədən istifadə etmək üçün çalışırlar

Siyasət Materials 10 May 2012 17:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir M.Əliyev/

Bu gün müəyyən qüvvələrə Ermənistanda demokratik cəmiyyətin qurulması deyil, bu ölkədən alət kimi istifadə edib regionda qeyri-sabitlik yaratmaq maraqlıdır.

Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib.

"Buna görə də hansısa beynəlxalq təşkilat və ya dünyanın aparıcı bir dövləti Ermənistandakı son parlament seçkiləri barədə müsbət rəy bildirsə, bu, məni təəccübləndirməyəcək", - o deyib.

Səmədov qeyd edib ki, Ermənistanın hazırkı hakimiyyətinin nəinki demokratik seçkilər keçirmək qüvvəsi yoxdur, ümumiyyətlə, onlarda belə bir arzu yoxdur.

"Ermənistanda keçirilən son parlament seçkilərinə münasibətlər də hər zaman olduğu kimi fərqli ola bilər. Hətta müsbət rəy versələr belə, bu, təəccüb doğurmamalıdır. Orada keçirilən seçkilər barədə rəy verən bəzi beynəlxalq təşkilatlar və dövlətlər müəyyən tənqidi münasibət söyləsələr də, bu, sadəcə görünüş üçün olacaq", - o deyib.

Seyidov qeyd edib ki, beynəlxalq təşkilatlar ümumilikdə vəziyyəti müsbət dəyərləndirirlər, çünki onlar Ermənistanda demokratik cəmiyyət formalaşdırmaq deyil, bu ölkədən istifadə etməklə məqsədləri üçün çalışırlar.

Xəbər lenti

Xəbər lenti