...

Azərbaycan zabitləri beynəlxalq tədbirlərdə iştirak edəcəklər

Siyasət Materials 11 May 2012 10:31 (UTC +04:00)
Azərbaycan zabitləri Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində beynəlxalq tədbirlərdə iştirak edəcəklər.
Azərbaycan zabitləri beynəlxalq tədbirlərdə iştirak edəcəklər

Azərbaycan, Bakı, 11 may / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycan zabitləri Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində beynəlxalq tədbirlərdə iştirak edəcəklər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 21-22-də Vyanada Odlu silahlar üzrə açıq hökümətlərarası işçi qrupunun ilk görüşü keçiriləcək.

Mayın 15-17-də isə zabitlərimiz Polşada keçiriləcək Ali Müttəfiq Transformasiya Komandanlığının əldə hazırlanmış partlayıcı qurğulara qarşı mübarizə mövzusunda konfransa qatılacaqlar.

Mayın 13-19-da Uqandada CİSM-in 67-ci Baş Assambleyasının toplantısı keçiriləcək. Toplantıda Azərbaycan zabitləri də iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti