...

Vaşinqtondakı keçirilən İslam mədəniyyəti yarmarkasında Azərbaycan təmsil olunub (FOTO)

Siyasət Materials 15 May 2012 05:51 (UTC +04:00)
Mayın 12-də ABŞ-ın Vaşinqton şəhərindəki İslam Mərkəzində “Müsəlman Qadınlar Cəmiyyəti”nin təşkilatçılığı ilə müsəlman tələbə qadınların təhsil xərclərinin bir qisminin ödənilməsi məqsədilə təsis olunan təqaüd fondu yararına ənənəvi yarmarka keçirilib.
Vaşinqtondakı keçirilən İslam mədəniyyəti yarmarkasında Azərbaycan təmsil olunub (FOTO)

Azərbaycan, Bakı, 15 may /Trend/

Mayın 12-də ABŞ-ın Vaşinqton şəhərindəki İslam Mərkəzində "Müsəlman Qadınlar Cəmiyyəti"nin təşkilatçılığı ilə müsəlman tələbə qadınların təhsil xərclərinin bir qisminin ödənilməsi məqsədilə təsis olunan təqaüd fondu yararına ənənəvi yarmarka keçirilib.

Trend-in Azərbaycanın ABŞ-dakı səfirliyinə istinadən verdiyi məlumata görə, yarmarkada Bəhreyn, Pakistan, Misir, Banqladeş, Mərakeş, Livan və s. müsəlman dövlətlərinin ölkədəki nümayəndəlikləri, eləcə də diaspora üzvləri yerli və xarici turistlərə ölkələrinin mədəniyyət və tarixini tərənnüm edən müxtəlif hədiyyələr paylamış, hazırladıqları təamları təqdim etmişlər.

Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyi də bu tədbirdə iştirak etmiş və səfirliyin xanım əməkdaşları ölkəmizin tarixi, təbiəti və mədəniyyəti, xüsusən musiqi və xalçaçılıq ənənələrinə dair müxtəlif kitabça, disk və suvenirlər paylamış, yarmarkaya gələnlərin ölkəmiz haqqında maraq doğuran suallarını cavablandırmışlar. ABŞ-ın Vaşinqton şəhərində Avropa İttifaqı və müsəlman dövlətləri tərəfindən keçirilən bu silsilə tədbirlərdə yerli icma üzvləri və şəhərin qonaqları üçün Azərbaycan mədəniyyəti ilə yaxından tanış olmaq imkanı yaradılmış, Azərbaycan mədəniyyəti öz rəngarəngliyi ilə yarmarkanın ən yadda qalan guşələrindən biri olmuşdur.

"Müsəlman Qadınlar Cəmiyyəti" 1960-cı ildə əsası ABŞ-ın Vaşinqton şəhərində qoyulan qeyri-hökumət, qeyri-siyasi təşkilat olub məqsədi müsəlman dünyasının mədəniyyətini Amerika cəmiyyətində paylaşmaqdır. Hal-hazırda cəmiyyətin sədri İndoneziyanın ABŞ-dakı səfirinin həyat yoldaşı xanım Roza Ray Cəlaldır.

Xəbər lenti

Xəbər lenti